» » Rusiyada vertolyot qəzaya uğrayıb: 4 ölü

Rusiyada vertolyot qəzaya uğrayıb: 4 ölü

Rusiyada vertolyot qəzaya uğrayıb: 4 ölü

Hadisə Xantı-Mansiyskdə baş verib.

Rusiyanın Xantı-Mansiysk Muxtar Dairəsində “AS-350” vertolyotu qəzaya uğrayıb. 

ucarliyiq.biz-ın APA-ya istinadən xəbərinə görə, Rusiya Daxili İşlər Nazirliyi Regional İdarəsinin saytında yerləşdirilən  məlumatda bildirilir ki, noyabrın 29-da qəzaya uğrayan vertolyotun göyərtəsində beş nəfər olub. Onlardan dördü ölüb, bir nəfərin aqibəti isə məlum deyil.
 
Tümen şəhərindən Xantı-Mansiyskə uçan vertolyot neft şirkətlərindən birinin əməkdaşlarını Surqut rayonundakı yatağa aparırmış.  
 
İlkin məlumata görə, “Skol” aviaşirkətinə məxsus vertolyot qəza nəticəsində kiçik hissələrə parçalanıb.
 
Hazırda qəza yerində istintaq-əməliyyat qrupu işləyir. Qəzanın səbəbi hələlik məlum deyil.