» » Hamburq sakinləri Olimpiadadan imtina etdilər

Hamburq sakinləri Olimpiadadan imtina etdilər

Hamburq sakinləri Olimpiadadan imtina etdilər

Almaniya 1972-ci ildən Olimpiada keçirməyib.

Almaniyanın Hamburq şəhərinin sakinləri keçirilən referendum zamanı 2024-cü ilin Yay Olimpiya Oyunlarının keçirilməsinə qarşı çıxıblar.

ucarliyiq.biz Associated Press-ə istinadən xəbər verir ki, protokolların böyük əksəriyyəti sayıldıqdan sonra referendumda iştirak edən şəhər sakinlərinin 51,6%-nin əleyhinə səs verdiyi məlum olub.

Beləliklə, Hamburq Olimpiya Oyunlarının keçirilməsinə iddia edən şəhərlərin siyahısını tərk edib. İndi 2024-cü ilin Oyunlarına cəmi dörd şəhər - Paris, Roma, Los-Anceles və Budapeşt namizəddir.

Beynəlxalq Olimpiya Komitəsi Oyunlarının keçiriləcəyi yer barədə yekun qərarı 2017-ci ilin sentyabrında qəbul edəcək.

Almaniya 1972-ci ildən - Münhen Oyunlarından sonra Olimpiada keçirməyib.