» » Daha bir Rusiya helikopteri qəzaya uğradı

Daha bir Rusiya helikopteri qəzaya uğradı

Daha bir Rusiya helikopteri qəzaya uğradı

Həlak olan var.

Kamçatkanın Yelizovo şəhərində (Rusiya) Mi-2 helikopteri sərt eniş edib.

Üç nəfər xəsarət alıb, onlardan biri dünyasını dəyişib.

ucarliyiq.biz xəbər verir ki, bu barədə TASS-a Rusiya FHN-nin Kamçatka diyarı üzrə baş idarəsindən bildiriblər. 

Məlumata görə, helikopter şəhərin mərkəzində, Ryabikov küçəsində, "Radujnıy" bədən tərbiyəsi kompleksinin meydançasında sərt eniş edib.

Şahidlərin sözlərinə görə, helikopter bir neçə saniyə meydançanın üzərində asılı qalıb, bundan sonra bir neçə metr yüksəklikdən yerə düşüb. 

Helikopterin "İzluçina" bazasından havaya qalxdığı və turist səfəri həyata keçirdiyi bildirilir. Onun göyərtəsində 3 nəfər - iki ekipaj üzvü və bir turist olub.