» » Rusiyalı turistləri Qoadan da məhrum etdilər

Rusiyalı turistləri Qoadan da məhrum etdilər

Rusiyalı turistləri Qoadan da məhrum etdilər

Xoşagəlməz hadisələrin sayı artıb.

Hindistanın kurort ştatı Qoa rusiyalı turistlər üçün təhlükəsiz istiqamətlər siyahısından çıxarılıb, Sputnik agentliyi RF hökumətindəki mənbəyə istinadən yazır.

ucarliyiq.biz Lenta-ya istinadən xəbər verir ki, qərar əsasən xoşagəlməz hadisələrin, o cümlədən turistlər və yerli sakinlər arasında qarşıdurmaların sayının artması ilə əlaqədar qəbul edilib.

Rəsmi olaraq nazirlər kabineti məlumatı təsdiq etməyib.

Qoanın cəlbedici olmamasının mümkün səbəbləri sırasında turistlərin xərcləri də göstərilir.

Mənbənin məlumatına görə, qərar terror təhlükəsi ilə bağlı deyil.

Qeyd edilir ki, qadağan edilmiş Misir və Türkiyənin əvəzinə rusiyalılar istirahət üçün Kubanı və Asiyanın Cənubi-Şərqini, eləcə də Çin və Vyetnamı seçəcəklər.

Agentliyin məlumatına görə, 2013-cü ildə kurorta 250 min rusiyalı səfər edib, bu isə ştatda istirahət edənlərin təxminən yarısı deməkdir.