» » Türkiyə üç hərbi komandiri terrorizmdə ittiham etdi

Türkiyə üç hərbi komandiri terrorizmdə ittiham etdi

Türkiyə üç hərbi komandiri terrorizmdə ittiham etdi

Onları paytaxt məhkəməsinə çağırıblar.

Türkiyə hakimiyyəti üç yüksək vəzifəli hərbçini – iki generalı və ehtiyatda olan polkovniki həbs edib, Anadolu agentliyi məlumat yayıb.

ucarliyiq.biz lenta-ya istinadən xəbər verir ki, hərbi komandirlərə qarşı silahlı terror qruplaşmasının yaradılması və rəhbərliyi, eləcə də casusluq və ölkə hökumətini devirməyə cəhdə dair ittihamlar irəli sürülüb.

İstanbul prokuroru İrfan Fidan bəyan edib ki, general İbrahim Aydın, ehtiyatda olan polkovnik Burhanettin Cihangiroğlu və general Həmzə Celeloğlu Türkiyə Milli Kəşfiyyat təşkilatına məxsus yük maşınlarının baxışı üzrə işin araşdırılması üçün paytaxt məhkəməsinə çağırıldıqdan sonra həbs ediliblər.