» » Heç bizə lazım da deyil: Rusiya nədən imtina etdi?

Heç bizə lazım da deyil: Rusiya nədən imtina etdi?

Heç bizə lazım da deyil: Rusiya nədən imtina etdi?

Tam siyahı dekabrın 1-də dərc ediləcək.

Rusiya hökuməti Türkiyədən süd məhsullarının, soyudulmuş və dondurulmuş iribuynuzlu heyvan ətinin, quş ətinin, dəniz məhsullarının, eləcə də meyvə və tərəvəzlərin tədarükünü qadağan etməyə hazırlaşır, “İzvestiya” yazır.

ucarliyiq.biz xəbər verir ki, nəşrin Rusiyanın Kənd Təsərrüfatı Nazirliyinə yaxın olan mənbəsinin məlumatına görə, giləmeyvə və göyərtilər də embarqo altına düşəcək.

Tədarükü qadağan ediləcək türk məhsullarının tam siyahısı dekabrın 1-də dərc ediləcək.

Federal veterinar və fitosanitar nəzarət xidmətində (Rosselxoznadzor) artıq hökumətin istənilən qərarını təmin etməyə hazır olduqlarını bildiriblər. Veterinar xidmətdə İran pendirinin və südünün tədarükünü artırmağa hazır olduqlarından və Vyetnam, Uruqvay və Birləşmiş Ərəb Əmirlikləri ilə əməkdaşlıqdan danışıblar.

Şənbə günü - noyabrın 28-də Rusiya prezidenti Vladimir Putin Türkiyəyə qarşı xüsusi iqtisadi tədbirlərin tətbiq edilməsi haqqında fərman imzalayıb.

O cümlədən də ölkələr arasında çarter aviauçuşları qadağan edib. Turoperatorlara və turagentlərə Türkiyəyə turpaketlərin satılmasından imtina etmək təklif edilib. Eləcə də 2016-cı ilin yanvar ayının 1-dən etibarən vizasız rejim ləğv edilir.