Türkiyənin KORAL-ı Rusiyanın S-400-nə qarşı

Türkiyənin KORAL-ı Rusiyanın S-400-nə qarşı

Türkiyənin REM vasitələrində yenilik.

Türkiyənin radioelektron mübarizə kompleksi KORAL (Radar Electronic Attack System) Hmeyim aviabazasında yerləşdirilən S-400 komplekslərinə qarşı fəaliyyət üçün Suriya ilə sərhəddə yerləşdirilib.

ucarliyiq.biz Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu radioelektron mübarizənin belə vasitələri S-400 radar sistemlərinin siqnallarının qarşısını alaraq onları “kor edə bilər”.

KORAL hərəkətli yerüstü radioelektron mübarizə vasitəsi Türkiyənin arsenalında yeni REM vasitəsidir.

Türkiyənin Aselsan dövlət korporasiyası tərəfindən yaradılmış bu radioelektron müdafiə vasitəsi/fəal radioelektron mübarizə vasitəsinin təyinatı düşmənin müasir radiolokasiya stansiyalarına maneələrin və müdaxilələrin yaradılmasıdır.

Sistem böyük tezlik diapazonunda hədəflərin çoxsaylı siqnallarını təhlil edir və avtomatik olaraq yüksək tezlikli rəqəmsal yaddaşı sayəsində cavab addımlarının alqoritmini formalaşdırır. 150 km-ə yaxın səmərəli məsafəyə malik olan KORAL əldə olan məlumata görə, istənilən yerüstü, dəniz və aviasiya bazalı radiolokasiya sistemlərini məhv edə və azdıra bilər.

Bu yeni sistem düşmənin ətraf şəraitdən məlumatı olmasının mümkünlüyünü azaldır, ona görə də rusları istiqamətdən azdırmağa, hərbi vəziyyət barədə məlumatın gizlədilməsinə və onların Türkiyə ordusu üçün təhlükə yarada biləcək silah sistemlərini kor etmə qabiliyyətinə malikdir.

Xatırladaq ki, S-400 komplekslərinin Rusiya aviabazasına yerləşdirilməsi haqqında qərar Rusiyanın Su-24 bombardmançısının Türkiyə hərbi hava qüvvələri tərəfindən Suriya səmasında vurulmasından sonra qəbul edilib.

Rəy sayı 0

Rəylərinizi bildirin.

.

  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent