» » Azərbaycan, Türkiyə, Qazaxıstan və Gürcüstan Rusiyadan yan keçirlər

Azərbaycan, Türkiyə, Qazaxıstan və Gürcüstan Rusiyadan yan keçirlər

Azərbaycan, Türkiyə, Qazaxıstan və Gürcüstan Rusiyadan yan keçirlər

Birgə qərar qəbul edilib.

Türkiyə, Qazaxıstan, Azərbaycan və Gürcüstanın iri nəqliyyat-lojistik operatorları İstanbulda görüş zamanı Çindən Avropaya yük daşınmaları məqsədi ilə konsorsium təsis etmək haqqında qərar qəbul ediblər, İnterfaks “Gürcüstan Dəmir Yolları”nın mətbuat xidmətinə istinadən məlumat yayıb.

ucarliyiq.biz xəbər verir ki, bu barədə razılaşma İstanbulda “Logitrans” nəqliyyat-lojistik beynəlxalq sərgi çərçivəsində baş tutan “Çin-Türkiyə-Avropa” transxəzər nəqliyyat marşrutunun imkan və perspektivlərinin təqdimatı zamanı əldə edilib.

Çinin Mishgeng Logistics şirkəti ilə yanaşı “KTJ ekspress” (“Qazaxıstan Dəmir Yolları”nın törəmə firması), “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC və Azərbaycanın “Karvan lojistik” şirkəti, eləcə də “Gürcüstan Dəmir Yolları”nın törəmə strukturu Trans Caucasus Terminals da konsorsiumun təsisçisi olmağa hazır olduqlarını bildirib.

Türkiyə tərəfi konsorsiumda assosiasiyalaşdırılmış üzv kimi təmsil olunacaq.

Bu layihə çərçivəsində 2016-cı il ərzində Gürcüstan ərazisindən keçərək Çindən Türkiyə və Avropa istiqamətində bir neçə min konteynerin daşınması planlaşdırılır, eləcə də gələn ildən Ukraynadan keçərək Şimali və Şərqi Avropaya yüklərin daşınması nəzərdə tutulur.