» » Soros fondu Rusiyada arzuolunmaz təşkilat elan edildi

Soros fondu Rusiyada arzuolunmaz təşkilat elan edildi

Soros fondu Rusiyada arzuolunmaz təşkilat elan edildi

Qəbul edilən qərar haqqında informasiya artıq RF-nin Ədliyyə Nazirliyinə təqdim edilib.

Rusiya Baş Prokurorluğu Açıq Cəmiyyət İnstitutu (Open Society Foundations) və “Yardım” təşkilatı (OSI Assistance Foundation) ilə bağlı qərar Rusiya Federal Məclisi Federasiya Şurasının müraciəti əsasında qəbul edilib.

ucarliyiq.biz xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb.

“Bu qərar Federasiya Şurasının Baş Prokurorluğa, Xarici İşlər Nazirliyinə, Ədliyyə Nazirliyinə “vətənpərvər stop-siyahı”ya daxil edilmiş təşkilatlarla bağlı araşdırma aparmaq barədə müraciətlə əlaqədar qəbul edilib”, - Baş pokurorluqda bildirilib.

Qəbul edilən qərar haqqında informasiya artıq Rusiya Federasiyasının Ədliyyə Nazirliyinə təqdim edilib.