» » Rusiyanın türkdilli regionları TÜRKSOY-la əməkdaşlığı dayandırırlar

Rusiyanın türkdilli regionları TÜRKSOY-la əməkdaşlığı dayandırırlar

Rusiyanın türkdilli regionları TÜRKSOY-la əməkdaşlığı dayandırırlar

“Biz Rusiyanın Mədəniyyət Nazirliyinin mövqeyi ilə həmrəyik”.

Hakasiya və Tuva Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) ilə əlaqəni davam etdirməyi planlaşdırmırlar.

ucarliyiq.biz xəbər verir ki, bu barədə TASS-a bu regionların mədəniyyət nazirliklərindən bildiriblər.

“Biz Rusiya Mədəniyyət Nazirliyinin mövqeyini dəstəkləyirik və bu təşkilatla bütün əlaqələri dərhal dayandırırıq. Daha əvvəl biz beynəlxalq televiziya musiqi yarışması olan “Türkvision”da iştirak edirdik. İndi biz bu sahədə də əməkdaşlığı davam etdirməyi düşünmürük”.

Eyni zamanda Tuva vilayətinin mədəniyyət nazirinin müavini Vera Lapşakova da gələn illərdə TÜRKSOY-la heç bir layihə planlaşdırmadıqlarını açıqlayıb.

Rusiyanın mədəniyyət naziri Vladimir Medinski Altay, Başqırdıstan, Yakutiya, Tatarıstan, Tuva və Xakasiya respublikalarına TÜRKSOY-la əlaqələri dərhal kəsmək barədə müraciət ünvanlayıb. 

TÜRKSOY türkdilli ölkələri birləşdirən mədəni təşkilatdır. Təşkilatın əsas məqsədi türk xalqları arasında əməkdaşlıq etmək, ümumi maddi və mədəni dəyərlərin inkişafı və gələcək nəsillərə ötürülməsidir.