» » Daha bir yüksək rütbəli məmur işdən çıxarıldı

Daha bir yüksək rütbəli məmur işdən çıxarıldı

Daha bir yüksək rütbəli məmur işdən çıxarıldı

Onun müavini də tutduğu postdan azad edilib.

Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi Məhəmməd İmanov vəzifəsindən azad edilib.

ucarliyiq.biz xəbər verir ki, Lent.az-ın məlumatına görə, xidmət rəisi ilə birlikdə onun müavini də tutduğu postdan azad edilib.

Məlumata görə, rəis vəzifəsindən çıxarılan M.İmanov eyni qurumda daha kiçik vəzifəyə keçirilib.

O, xidmətdə sektor müdiri təyin edilib.

Qeyd edək ki, M.İmanovun yerinə hələ ki rəsmi təyinat yoxdur.