» » Ərdoğan Rusiyadan üzr istəmək barədə sualı cavabsız qoydu

Ərdoğan Rusiyadan üzr istəmək barədə sualı cavabsız qoydu

Ərdoğan Rusiyadan üzr istəmək barədə sualı cavabsız qoydu

“Əvvəlcə mən baş nazir ilə danışacam”.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyadan Su-24 təyyarəsinin vurulmasına görə üzrxahlıq etmək barədə suala cavab verməyib.

ucarliyiq.biz xəbər verir ki, sualı Parisdə iqlim dəyişikliyi məsələsinə həsr olunan konferensiyada RİA Novosti agentliyinin müxbiri verib.

Tərcüməçi sualı Türkiyə prezidenti üçün tərcümə edib, lakin Ərdoğan rusiyalı müxbirin sualını cavabsız qoyub. 

“Əvvəlcə mən baş nazir ilə danışacam, sonra isə bəyanat verəcəm”, - Ərdoğan digər jurnalistin Türkiyə-Rusiya arasında olan münasibətlər barədə sualını cavablandırarkən deyib.