» » Timur Vaynşteyn NTV-nin baş prodüseri təyin edildi

Timur Vaynşteyn NTV-nin baş prodüseri təyin edildi

Timur Vaynşteyn NTV-nin baş prodüseri təyin edildi

O, yeni vəzifəsinin icrasına dekabrın 1-dən başlayacaq.

Timur Vaynşteyn Rusiyanın NTV kanalının baş prodüseri təyin edilib.

ucarliyiq.biz-ın xəbərinə görə, bu barədə məlumat kanalın rəsmi saytında yerləşdirilib.

“Timur Vaynşteyn NTV-nin baş prodüseri təyin edilib. O bu vəzifəni televiziya direktorunun müavini vəzifəsi ilə birgə icra edəcək”, - məlumatda deyilir.

O, yeni vəzifəsinin icrasına cari ilin dekabrın 1-dən başlayacaq. 

Həmçinin bildirilir ki, bu vəzifəni əvvəl icra edən Danila Şarapaov NTV kanalını tərk edib.

Qeyd edək ki, Timur Vaynşteyn 1991-ci ildən “Parni iz Baku” (Bakılı Oğlanlar) Şən və Hazırcavablar Klubu (KVN) komandasının bədii rəhbəridir.