» » Son peşmanlıq nəyə yarar?

Son peşmanlıq nəyə yarar?

Son peşmanlıq nəyə yarar?

Sevmək ya da sevilmək, əylənmək ya da sıxılmaq, sevincdən göylərdə uçmaq ya da kədərdən bir yerə sığa bilməmək. Bu hissləri bir daha yaşaya bilməyəcəyimizin verdiyi duyğunu nə qədər hiss etməyə çalışsaq da bunu anlamağımız mümkün deyil. Bəs peşmanlığı necə?
Avstraliyalı Bronni Far ölümünə sadəcə 12 həftə qalmış xəstələrə baxan tibb bacısıdır. Və bu insanların peşmanlıqlarını ilk dinlyən 1 cüt qulaqdır...

Başqalarının məndən gözlədiyi həyatı yaşamaq yerinə, mənim üçün doğru olan həyatı yaşamaq üçün cəsarətimin olmağını istərdim.

Çox peşmanlıq cümləsi eşitdim, amma bunların arasında ən çox dilə gətirilən bu idi. İnsanlar həyatının sonuna yaxınlaşdığını hiss etdikdə və dönüb arxaya baxdıqlarında eləmək istəyib, eləyə bilmədikləri şeylərlə qarşılaşırlar. Bəzi insanlar xəyallarının yarısını gərçəkləşdirmədiyi halda ölürlər. Bəziləri isə təəssüf ki, yaşadıqları zamanın fərqinə belə varmırlar.

Onların peşmanlıq duyduğu və bu an dilə gətirdiyi peşmanlıqlar bunlardır.

Kaş ki, o qədər çox işləməsəydim..

O cümlə tibb bacısı işlədiyim vaxt ərzində demək olar ki, bütün kişi xəstələrimdən eşitdiyim cümlədir. Onlar uşaqlarının böyüməsindən tutmuş, həyat yoldaşlarının onlara verdiyi gözəl həyatdan bəhs edirdilər.

Kaş ki, eşitdiklərimi ifadə etmə cəsarətim olsaydı.

Bir çox insanlar ətrafındaki insanlarla əlaqələrinə zərər verməmək ya da onların xətrinə dəyməmək üçün duyğularını tam mənasıyla ifadə edə bilmirlər. Buna görə də heç bir zaman sözün əsl mənasında özləri ola bilmirlər. Baxın elə buna görə də küskünlüklər bu insanların üstündə bir yük kimi qalıb və bu xəstəliklərə düçar olmaqlarına səbəb olub.

Kaş ki, dostlarımın qədrini bilsəydim..

Bəzi insanlar ölüm deyilən qaçınılmaz xəstəliyin qollarına düşənə qədər köhnə dostlarının, yaşanmış olan gözəl günlərin dəyərinin fərqinə varmır. Ölüm artıq onları qolları arasına aldıqda isə bu insanları tapmaq heç də asan olmur. Bu səbəblə də dostlarına haqq etdiyi zamanı və dəyəri verə bilmədikləri üçün çox peşmanlıq duyurlar. Hər kəs öləndə biri üçün darıxır ..

Kaş ki, öz xoşbəxtliyimə daha çox dəyər versəydim.

Çox qəribədir, amma insanların ən çox dilə gətirdiyi peşmanlıqlardan biri də budur. Ölüm yaxınlaşana qədər çoxları xoşbəxtliyin bir seçim olduğunun fərqində olmurlar. Amma ölüm yaxınlaşanda insanlar xoşbəxtliyin nə olduğunu və bunu yaşaya bilmədikləri üçün peşmanlıq çəkirlər.

Ölümü gözünüzün qabağına gətirin demirik, amma insanlara dəyər verin, onları itirdikdən sonra onlar üçün büst gətirsəniz belə xeyri yoxdur. İnsanları sevin ki, seviləsiniz. Dəyər verin ki, dəyər verilənlər sırasında olasınız.

Qəmər Əliyeva