» » Qızına görə məşqçini öldürən azərbaycanlı imiş – FOTO + VİDEO

Qızına görə məşqçini öldürən azərbaycanlı imiş – FOTO + VİDEO

Qızına görə məşqçini öldürən azərbaycanlı imiş – FOTO + VİDEO

Hadisə ilə bağlı cinayət işi açılıb.

Saratovun “Olimp-99” idman məktəbində atışmanı karate üzrə sabiq məşqçi Rasim Kərimov törədib.

O, bir il öncə məşqçi Azamat Normanov ilə mübahisə etdiyinə görə məktəbdən çıxıb, amma qızı Veronika orada məşq etməyə davam edib.

“Qız idman bölməsində çoxdan məşq edirdi. Şübhəli bilinən şəxsin də seksiyaya birbaşa aidiyyatı var idi. O, əvvəlcə özü karate ilə məşğul olub, sonra isə yarışlarda hakimlik edirdi. Bir müddət keçdikdən sonra fikir ayrılığı ucbatından seksiyanı tərk etdi. Qızı isə orada məşqlərini davam etdirirdi”, - hüquq-mühafizə orqanlarından bildiriblər.

Yetirmələri Kərimov və qızı haqqında müsbət fikir bildiriblər.

“O, çox yaxşı hakim idi. Elə insan kimi də yaxşı idi. Ona məsləhət üçün hər zaman müraciət etmək olardı. Veronika da yaxşı qızdır”, - onlar deyiblər.

Son zamanlarda Normanovun bu fikir ayrılığı ucbatından bütün qəzəbini yetirməsinə yönləndirdiyi ehtimal edilir, belə ki, qız evə qançırlarla gəlirdi.

Rasimin səbir kasasını daşdıran son damcı isə 18 yaşlı qızının gözünün altındakı qançır olub.

Qeyd edək ki, Saratov məktəbində faciə noyabrın 30-da baş verib. Tapança ilə silahlanmış Kərimov uşaqların məşq etdiyi zala daxil olub və karate üzrə məşqçi Azamat Normanovu güllələyib, eləcə də iki kişini də yaralayıb. 

Fakt üzrə “xüsusi təhlükəli üsul ilə törədilmiş qətl” maddəsi üzrə cinayət işi açılıb.

Xatırladaq ki, Rasim Kərimov milliyyətcə azərbaycanlıdır. 