» » Obama: Putinə də dedim, Türkiyə haqlıdır

Obama: Putinə də dedim, Türkiyə haqlıdır

Obama: Putinə də dedim, Türkiyə haqlıdır

“Məsələnin ardını düşünməliyik”.

Parisdə BMT-nin iqlim dəyişikliklərinə həsr olunmuş zirvə toplantısında Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan və onun amerikalı həmkarı Barak Obama arasında görüş baş tutub.

ucarliyiq.biz “milliyet.com.tr” saytına istinadən xəbər verir ki, bir saata yaxın davam edən görüşdən sonra dövlət başçıları mətbuatın suallarını cavablandırıblar.

Suriyada baş verən hadisələrdən danışan prezident Ərdoğan “Bayırbucakda İŞİD yoxdur” (Rusiya təyyarəsinin bombaladığı ərazi – red.) deyib.

“Bayırbucakda İŞİD yox, əksinə, soydaşlarımız, qohumlarımızın yaşadığı bölgədir. Buranın ardıcıl bombalanması dünyada sülhə qarşıdır. Məqsədimiz bölgədə sülhə nail olmaqdır. Türkiyə və Rusiya arasında münasibətləri qiymətləndirdik. Burada əsas işimiz diplomatik yolla nəticəyə nail olmaqdır, çünki bölgədə baş verən hadisələr bizləri də kədərləndirir”, - deyə, Ərdoğan bildirib.

Öz növbəsində ABŞ prezidenti Barak Obama isə “Putinə də dedim, Türkiyə haqlıdır” bəyanatını verib.

“Məsələnin ardını düşünməliyik. Türkiyənin özünü qorumaq hüququnu dəstəkləyirik. Türkiyənin vurulmuş Rusiya təyyarəsindən sonra necə birlikdə işləyə biləcəyimizi müzakirə etdik”, - deyə, Obama bildirib.