» » Rusiyada Türkiyədən olan İŞİD yaraqlısı axtarılır

Rusiyada Türkiyədən olan İŞİD yaraqlısı axtarılır

Rusiyada Türkiyədən olan İŞİD yaraqlısı axtarılır

30 yaşlı İstanbul sakininin Moskvada terror aktı törətmək niyyətində olmasına dair məlumat yayılıb.

Xüsusi təyinatlılar Rusiyaya terror aktı törətmək üçün gələn üç Türkiyə vətəndaşını axtarır. Hüquq-mühafizə orqanlarının məlumatına görə, 30 yaşlı İstanbul sakini Moskva və Mərkəzi Federal dairə ərazisində sabitliyi pozmaq üçün aksiyalar keçirmək niyyətindədir.

ucarliyiq.biz xəbər verir ki, bu barədə LifeNews-a hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.

“Əldə olan məlumata görə, Yelgin Aslan öz əlbirləri ilə Rusiya ərazisində terror aktları həyata keçirmək niyyətindədir. O, İŞİD-in Türkiyə bölmələrindən birinin lideridir. Suriya yaraqlıları ilə sıx əlaqə saxlayır”, - mənbə bildirib.  

Yelgin Aslanın və onun əlbirlərinin axtarışına Federal təhlükəsizlik xidmətinin əməkdaşları, eləcə də DİN-in əməkdaşları cəlb edilib. Müxtəlif polis idarələrinə axtarışda olan şəxslərin əlamətləri barədə məlumat göndərilib.