» » Moskva sakini azərbaycanlıya hücum etdi

Moskva sakini azərbaycanlıya hücum etdi

Moskva sakini azərbaycanlıya hücum etdi

O, qılınc ilə silahlanıb.

Rusiya paytaxtının şimali-şərqində Azərbaycan vətəndaşına qılınc ilə hücum etməkdə şübhəli bilinən Moskva sakini saxlanılıb.

ucarliyiq.biz xəbər verir ki, bu barədə İnterfaks hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.

Bazar ertəsi - noyabrın 30-da 27 yaşlı kişi Azərbaycan vətəndaşına soyuq silah ilə əl və çiyin nahiyələrindən xəsarət yetirib.

Onun hərəkətlərinin motivi aydınlaşdırılır.

Hadisə ilə bağlı Cinayət Məcəlləsinin “Xuliqanlıq” maddəsi ilə cinayət işi açılıb.