» » Obama: Mister Putin başa düşür ki...

Obama: Mister Putin başa düşür ki...

Obama: Mister Putin başa düşür ki...

ABŞ prezidenti bəyanatla çıxış edib.

ABŞ prezidenti Barak Obama hesab edir ki, Suriyada vəziyyət Rusiyanın müdaxiləsindən sonra əhəmiyyətli dərəcədə dəyişməyib, ucarliyiq.biz xəbər verir.

“Rusiyalılar bir aydan çox müddətdir ki buradadırlar. Və mən hesab edirəm ki, onların müdaxiləsindən sonra Suriyadakı vəziyyətdə dəyişiklik baş verməyib”, - Obama Parisdə təşkil olunan mətbuat konfransında bəyan edib.

ABŞ prezidenti xatırladıb ki, Rusiya Suriyada hərbi əməliyyatlara başladıqdan sonra ciddi itkilər verib - Misirdə А321 təyyarəsində törədilən terakt, Türkiyədə vurulan Su-24 bombardmançısı və hərbçilər arasında itkilər.

“Hesab edirəm ki, mister Putin  Əfqanıstan xatirələrin gözü qabağına gətirərək başa düşür ki, bu onun gözlədiyi nəticə deyil”, - Obama deyib.