» » ​​Rusiya Türkiyədən bu məhsulların idxalını qadağan etdi - SİYAHI

​​Rusiya Türkiyədən bu məhsulların idxalını qadağan etdi - SİYAHI

​​Rusiya Türkiyədən bu məhsulların idxalını qadağan etdi - SİYAHI

Türkiyə pomidorları qara siyahıya düşdü.

Rusiya Nazirlər Kabineti 2016-cı il yanvarın 1-dən etibarən Rusiyaya idxalı qadağan olunan Türkiyə məhsullarının siyahısını təsdiqləyib.

ucarliyiq.biz xəbər verir ki, müvafiq sənəd Rusiya Nazirlər Kabinetinin rəsmi saytında yerləşdirilib.

Yeni qadağaya əsasən, tərəvəzlərdən xiyar, pomidor, soğan, rəngli kələm və brokolinin Rusiyaya gətirilməsi qadağan edilib.

Qara siyahıya həmçinin sitrus meyvələri (portağal, mandarin və onların hibridləri), alma, armud, ərik, şaftalı, nektarin, gavalı, göyəm, üzüm və çiyələk də düşüb.

Heyvandarlıq məhsullarından toyuq və hind toyuğunun, onlardan hazırlanan məhsulların idxalı da yasaqlanır.

Bundan başqa, 2016-cı ilin yanvarın 1-dən etibarən Türkiyədən Rusiyaya duz və qərənfilin də gətirilməsi qadağan edilib.

Bəzi məhsullar, məsələn limon, iri buynuzlu heyvanların əti, balıq və süd məhsulları isə siyahıya salınmayıb.