» » NATO Rusiyanı təhdid etdi: Müharibəyə başlaya bilərik

NATO Rusiyanı təhdid etdi: Müharibəyə başlaya bilərik

NATO Rusiyanı təhdid etdi: Müharibəyə başlaya bilərik

“Hibrid hücumlar beşinci maddənin işə düşməsinə səbəb ola bilər”.

NATO-ya üzv ölkələrin xarici işlər nazirləri Vaşinqton müqaviləsinin beşinci maddəsinin işə salınmasına dair qərar qəbul ediblər.

ucarliyiq.biz xəbər verir ki,bu barədə alyansın baş katibi Yens Stoltenberq bəyan edib.

“Biz qərara gəldik ki, hibrid hücumlar NATO-nun Vaşinqton müqaviləsinin beşinci maddəsinin işə düşməsinə gətirib çıxara bilər”, - o deyib.

Vaşinqton müqaviləsinin beşinci maddəsi alyansa üzv ölkələrdən birinə qarşı təcavüzə bütün üzvlərin hərbi cavabını nəzərdə tutur.

Qeyd edək ki, bundan əvvəl NATO-ya üzv ölkələrin Rusiyanın Su-24 təyyarəsinin vurulmasından sonra Türkiyənin hava məkanının müdafiəsi üçün əlavə tədbirlərin həyata keçirilməsinə dair qərar qəbul etdikləri barədə məlumat yayılmışdı.