» » NATO Gürcüstanla bağlı mühüm bəyanat hazırlayır

NATO Gürcüstanla bağlı mühüm bəyanat hazırlayır

NATO Gürcüstanla bağlı mühüm bəyanat hazırlayır

Alyans çərşənbə günü bəyanatı açıqlamaq niyyətindədir.

NATO-nun baş katibi Yens Stoltenberq NATO və Gürcüstan kontekstində mühüm bəyanatdan danışıb.

ucarliyiq.biz xəbər verir ki, bu barədə “Yevropeyskaya pravda” məlumat yayıb.

Stoltenberqin sözlərinə görə, alyans çərşənbə günü Gürcüstanın da adı keçəcək genişləndirmə perspektivlərinə dair bəyanatı açıqlamaq niyyətindədir.

“Biz sabah açıq qapı siyasətinə dair bəyanat verməyi planlayırıq, əsasən də Gürcüstana dair”, - o bəyan edib.

Amma NATO bəyanatın mətnini şərh etməkdən imtina edərək, onun “hələ müzakirə olunduğunu” qeyd edib.

Daha öncə ABŞ Gürcüstanın NATO-ya üzv olmasını hədəf götürdüyünü təsdiqləyərək, onun bu istiqamətdə irəliləməsini dəstəklədiyini ifadə etmişdi.