» » Davudoğlu Rusiyadan danışdı: Bu artıq həddini aşmaqdır!

Davudoğlu Rusiyadan danışdı: Bu artıq həddini aşmaqdır!

Davudoğlu Rusiyadan danışdı: Bu artıq həddini aşmaqdır!

“Ruslar qürurlu xalqdır, amma türklər də elədir”.

Rusiya Suriyada hərbi əməliyyatlarını Türkiyənin maraqlarını nəzərə almadan keçirir.

ucarliyiq.biz xəbər verir ki, bu barədə Türkiyənin baş naziri Əhməd Davudoğlu “Haberturk” və “Show TV” telekanallarına müsahibəsində deyib.

“Mən burada strateji deyil, daha çox psixoloji aspekt görürəm. Rusiya son zamanlar Gürcüstan, Ukrayna və Krımla bağlı məsələlərdə atdığı bəzi addımları ilə öz şöhrətpərəst siyasətini nümayiş etdirir.  Buna görə həddindən artıq özünəinam yaranıb. Rusiya, Suriyaya girərək və bunun Türkiyə üçün nə dərəcədə əhəmiyyətli olduğunu anlayaraq Türkiyənin xəbərdarlıqlarını nəzərə almadı.

Siz bizim sərhəddə bizim soydaşlarımızı öldürürsünüz, bizə doğru qaçqın axınını çoxaldırsınız, bizim hava məkanımızı pozursunuz. Bu artıq həddini aşmaqdır!. Ruslar qürurlu xalqdır, amma türklər də elədir”,- deyə Davudoğlu deyib.    

O əlavə edib ki, Türkiyədən hörmət gözləyən hər bir ölkə ilk növbədə ona hörmət göstərməlidir.