» » Azərbaycanlı iş adamını öldürən killerlər saxlanıldı – VİDEO

Azərbaycanlı iş adamını öldürən killerlər saxlanıldı – VİDEO

Azərbaycanlı iş adamını öldürən killerlər saxlanıldı – VİDEO

Onlar avtomatdan ən azı doqquz dəfə atəş açıblar.

Rusiyanın istintaq komitəsinin və Volqoqrad vilayəti üzrə DİN-in Dövlət İdarəsinin əməkdaşları iş adamı Zülfüqar Əsədovu öldürməkdə şübhəli bilinən iki nəfəri saxlayıblar.

ucarliyiq.biz Lifenews-a istinadən xəbər verir ki, qətli törətməkdə 25 yaşlı yerli sakin və onun 27 yaşlı dostu ittiham edilirlər.

Polislər qətlin intiqam almaq məqsədi daşıdığını düşünürlər. Şübhəli şəxslərdən birinin qohumu iyunda Əsədova hücum etdiyi üçün mühakimə edilib.

Qəsddən sonra Əsədov sağ qalıb, cinayətkarlar isə saxlanılaraq azadlıqdan məhrum ediliblər.   

Cinayətin törədilməsi üçün gənc adamlar avtomobil icarəyə götürüblər və Əsədovun yaşadığı məkana gəliblər.

Orada gözləməyə başlayıblar, iş adamı avtomobilindən çıxarkən cinayətkarlar avtomatan ən azı doqquz atəş açıblar. Daha sonra hadisə yerindən qaçıblar.

“Saxlanılan şəxslərdən biri öz günahını tam etiraf edib, o istintaq orqanları ilə məhkəmə öncəsi razılaşma bağlayıb.

Onun iştirakı ilə keçirilən yoxlama zamanı şübhəli şəxs könüllü şəkildə silahı, avtomobil nişanlarını və maskaları harada gizlətdiklərini göstərib”, - LifeNews-a Volqoqrad vilayəti üzrə DİN-in Dövlət İdarəsinin mətbuat xidmətindən bildiriblər.  

Xatırladaq ki, Zülfüqar Əsədov sentyabrın 26-da axşam saatlarında güllələnib. İstintaqın versiyasına görə, qara geyimli və maskalı adam biznesmenin maşınını güdüb. Cinayəti törətdikdən sonra o, əlbiri ilə bərabər hadisə yerindən qaçıb.

Onların ağ rəngli “Jiquli” markalı avtomobil ilə hərəkət etdikləri məlum idi. Şəhərdə hüquq-mühafizə orqanları tərəfindən “Zəbt etmək” planı elan edilmişdi.