» » Almaniyada 95 yaşlı nasist məhkəmə qarşısında

Almaniyada 95 yaşlı nasist məhkəmə qarşısında

Almaniyada 95 yaşlı nasist məhkəmə qarşısında

Şübhəli şəxs ölüm düşərgəsində sanitar işləyib.

Almaniyada 95 yaşlı kişi nasistlərə vasitəçilik ittihamı üzrə məhkəmə qarşısına çıxacaq. Prokurorluğun məlumatına görə, onun Osventsim düşərgəsində 3681 nəfərin ölümündə əli var.

ucarliyiq.biz TASS-a istinadən xəbər verir ki, bu barədə çərşənbə günü Almaniyanın Rostok şəhər məhkəməsinin nümayəndəsi Kristine Bem bildirib.

Şübhəli bilinən şəxs ölüm düşərgəsində 1944-cü ilin avqust ayının 15-dən sentyabr ayının 14-nə qədər sanitar işləyib, bununla yanaşı, o, SS - Milli-sosialist alman fəhlə partiyasının (MSAFP) hərbi dəstəsinin üzvü olub.

Almaniyada son illərdə nasist olduğu ehtimal edilən şəxslərin günahını sübut etmək asanlaşıb. Daha öncə prokurorluğa ittiham edilən şəxslərin konkret olaraq qətl hadisələrində iştirakı sübut olunmalı idi, amma şahidlərin olmaması ucbatından bunu etmək praktiki olaraq mümkün deyildi.

İndi isə qətlə dair dolayı materiallara da malik olmaq yetərlidir. Müvafiq hüquqi çıxarış Con (İvan) Demyanyukun işi üzrə hökm çıxarıldıqdan sonra yaradılıb. O, 28 min insanın qətlində vasitəçilik etməkdə ittiham edilirdi.

Rostokdan olan 95 yaşlı müttəhimin işində isə qətldə vasitəçiliyinin dəlili onun düşərgədə xidmət etməsinə dair məlumat olub.