» » Tbilisidə Azərbaycan, Gürcüstan və Türkiyə XİN rəhbərlərinin görüşü baş tutacaq

Tbilisidə Azərbaycan, Gürcüstan və Türkiyə XİN rəhbərlərinin görüşü baş tutacaq

Tbilisidə Azərbaycan, Gürcüstan və Türkiyə XİN rəhbərlərinin görüşü baş tutacaq

Üçtərəfli format çərçivəsində əməkdaşlığın müsbət dinamikası müzakirə ediləcək.

Gürcüstanda Azərbaycan, Gürcüstan və Türkiyənin XİN rəhbərlərinin üçtərəfli görüşü baş tutacaq.  

ucarliyiq.biz “Qruziya Online”-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın XİN-in saytında məlumat yayılıb.

Gürcüstanın xarici işlər naziri Giorgi Kvirikaşvili NATO çərçivəsində türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə ikitərəfli strateji əməkdaşlığı müzakirə edib.  

Nazirlər strateji əməkdaşlığı və iki ölkənin, o cümlədən də beynəlxalq energetik və tranzit layihələrdə sıx əməkdaşlığını müzakirə ediblər. Həmçinin “Bakı-Tbilisi-Qars” layihəsinin mahiyyəti müzakirə edilib.

Bundan başqa, tərəflər regionda təhlükəsizlik və üçtərəfli format çərçivəsində Azərbaycan ilə əməkdaşlığın müsbət dinamikasını müzakirə ediblər.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakıda Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşdən sonra üç ölkənin XİN rəhbərlərinin ilin sonunadək görüşünün təşkil edilməsinə dair razılığın əldə edilməsini bəyan etmişdi.