» » Xanımların gününü ağardan.... - VİDEO

Xanımların gününü ağardan.... - VİDEO

Xanımların gününü ağardan.... - VİDEO

Ağıllı çətir, qaşıq, fincan, tava, diş fırçası, qulaqcıq, çarpayı... Son illərdə insanların yaşam şəraitinin asanlaşdırılması üçün icad edilən bu texnologiyaların sırasına biri də əlavə edildi. Ağıllı masa. Bu masalar ev xanımlarının tam ürəyincə olacaq desək yanılmarıq.

Sonxever.az-ın məlumatına görə İsveçin "İKEA" şirkətinin mütəxəssislərinin hazırladığı masa, bir çox üstün xüsusiyyətə malikdir. Beləki, sözügedən masa onun üzərinə qoyulmuş məhsulların şəklini çəkir, daha sonra həmin məhsullardan istifadə olunub hazırlana biləcək yemək və ya şirniyyat reseptlərini axtarır. Əldə olunan reseptlər birbaşa masanın səthinə proyeksiya edilir, həmin yeməklərin hazırlanma qaydası görüntülü şəkildə əks olunur.

Qeyd edək ki, yaxın aylarda satışa çıxarılcaq "ağıllı" masaların qiymətinin nə qədər olacağı haqda hələki heç bir məlumat verilmir.