» » Ərdoğan Türkmənistana səfərə hazırlaşır

Ərdoğan Türkmənistana səfərə hazırlaşır

Ərdoğan Türkmənistana səfərə hazırlaşır

Daha öncə bu ölkəyə səfərini ləğv etmişdi.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 11-12 dekabr tarixlərində Türkmənistana rəsmi səfərə yola düşəcək.

ucarliyiq.biz xəbər verir ki, bu barədə Türkiyə prezidentinin administrasiyasının bəyanatında deyilir.

Bu, Türkiyənin Ədalət və inkişaf partiyasının qələbə qazandığı Parlament seçkilərindən sonra Ərdoğanın səfər etdiyi ikinci ölkədir. Seçkilərdən sonra Ərdoğanın səfər etdiyi ilk ölkə Azərbaycan olmuşdu.

Daha öncə Ankarada törədilən terror aktı ilə əlaqədar Ərdoğan oktyabrın 12-nə Türkmənistana nəzərdə tutulan səfərini ləğv etmişdi.