» » Putinin məvacibinin ixtisarı bir il daha davam edəcək

Putinin məvacibinin ixtisarı bir il daha davam edəcək

Putinin məvacibinin ixtisarı bir il daha davam edəcək

Fərman Hüquqi informasiyanın rəsmi portalında yerləşdirilib.

Rusiya Federasiyasının prezidenti Vladimir Putinin, baş nazir Dmitri Medvedevin və bir sıra yüksək vəzifəli məmurlarının məvacibinin 10% ixtisar edilməsi 2016-cı ilin dekabr ayının 31-nə qədər davam edəcək.

ucarliyiq.biz  xəbər verir ki, Putinin müvafiq fərmanı çərşənbə günü Hüquqi informasiyanın rəsmi portalında yerləşdirilib.

Qeyd edək ki, 2015-ci ilin fevral ayında Rusiya prezidenti özünün, baş nazirin, eləcə də bir sıra yüksək vəzifəli məmurların əmək haqqısının 10% azaldılmasına dair fərman imzalayıb. Baş prokurorun və istintaq komitəsinin sədrinin də məvacibləri ixtisar edilib.