» » İŞİD rusiyalı agentin başını kəsdi

İŞİD rusiyalı agentin başını kəsdi

İŞİD rusiyalı agentin başını kəsdi

“Ruslar, siz məyus və təhqir olunacaqsınız”.

İŞİD terror qruplaşmasının yaraqlıları internetdə özünü Rusiya FTX-nin agenti adlandıran şəxsin edam videosunu yayıb.

ucarliyiq.biz NBC kanalına istinadən xəbər verir ki, jurnalistlərin verdiyi məlumata əsasən, videoda terrorçu rus olmağın nə olduğundan danışaraq girovun boğazını kəsir. Video “Ruslar, siz məyus və təhqir olunacaqsınız” adlanır.

Məlumatın düzgünlüyünü, eləcə də ölüm faktını təsdiqləmək mümkün olmayıb.

Rusiya Federal Təhlükəsizlik Xidmətinin İctimaiyyətlə Əlaqələr Mərkəzində BBC-nin sorğusuna cavab olaraq bildiriblər ki, video ilə bağlı heç bir məlumatları yoxdur.