» » Rusiyada azərbaycanlı polisi kətil ilə döydü

Rusiyada azərbaycanlı polisi kətil ilə döydü

Rusiyada azərbaycanlı polisi kətil ilə döydü

O, cinayət işi “qazanıb”.

Voronejdə qeyri-qanuni yaşayan azərbaycanlı polisi dəmir kətil ilə döyüb.

ucarliyiq.biz Rusiya KİV-nə istinadən xəbər verir ki, istintaqın məlumatına əsasən, 34 yaşlı azərbaycanlı Rusiyada qeyri-qanuni yaşadığına görə saxlanılıb.

O, 12 min rubl cərimə ödəməli və Azərbaycana geri dönməli idi. Deportasiya edilməsini isə müvəqqəti saxlama yerində gözləyib, otaqda kiçik şkaf, yataq və televizor, bir də dəmir kətil olub. 

Kişinin yanına qardaşı gəlib. İki “alovlu” qafqazlı “səs-küy” salıblar, mebeli sındırıblar. Müəssisənin işçiləri onları sakitləşdirmək üçün polis çağırıblar.

“Amma 34 yaşlı kişi polis gəldikdən sonra tamamən özündən çıxıb, kətili götürərək, asayiş keşikçisinin üzünə və bədəninə çırpmağa başlayıb. Amma polis onun əllərini tutub və saxlayıb”, - Rusiya İstintaq Komitəsinin Voronej vilayəti üzrə İstintaq İdarəsindən bildiriblər.

Kişiyə qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 318-ci maddəsinin 1-ci bəndi “vəzifə borcunu yerinə yetirməsi ilə əlaqədar hakimiyyət nümayəndəsinə qarşı həyat üçün təhlükəli olmayan zorakılıq tətbiq etmək” üzrə cinayət işi açılıb.

Polisə əl qaldıran azərbaycanlı daha öncə qarət və quldurluq üstündə mühakimə edilib.

Cinayət işi məhkəməyə təqdim olunub.