» » Rusiyalılar 2018-ci ildə Putinə səs vermək istəyirlər

Rusiyalılar 2018-ci ildə Putinə səs vermək istəyirlər

Rusiyalılar 2018-ci ildə Putinə səs vermək istəyirlər

“Xalqa daima “möhkəm əl” gərəkdir”.

Rusiyalıların əksəriyyəti 2018-ci ildə prezident seçkilərində Vladimir Putinə (57 faiz) və ya onun siyasətini davam etdirəcək adama (11 faiz) səs vermək istəyirlər.

ucarliyiq.biz İnterfaks-a istinadən xəbər verir ki, bu məlumatlar “Levada mərkəzin” noyabr sorğusunun gedişatında əldə edilib.

Sorğuda iştirak edənlərin 18 faizi prezident kimi “Rusiyanın problemlərinin həlli üçün başqa qərar təklif edə biləcək adamı” görmək istəyirlər. İştirakçıların 14 faizi cavab verməkdə çətinlik çəkib.

Rusiyalıların 48 faizi ölkədə Putini əvəzləyəcək adamın olmadığını düşünürlər. 33 faiz isə düşünür ki, lazım olarsa belə adamı tapmaq olar. Səs verənlərin 6 faizi indiki prezidenti əvəz edəcək siyasətçinin adını çəkməyə hazır olduqlarını söyləyiblər. Sorğu iştirakçılarının 12 faizi bu suala cavab verməkdə çətinlik çəkiblər.

Sorğuda iştirak edənlərin 32 faizi xalqa daima “möhkəm əl”in gərək olduğuna əmindir. 39 faiz iştirakçı isə bütün hakimiyyətin bir adamın əlində olmasını tələb edən (məsələn, indiki vəziyyətdə olduğu kimi) məqamların mövcud olduğunu hesab edir.

Sorğuda iştirak edənlərin 21 faizi hesab edir ki, indiki vəziyyətdə hakimiyyətin bir adamın əlində olmasına yol vermək olmaz.

Sorğuda Rusiyanın 48 regionunun 137 yaşayış məntəqəsindən 1,6 min insan iştirak edib.