» » ABŞ-da şagirdlər məktəbi partlatmaq istədilər

ABŞ-da şagirdlər məktəbi partlatmaq istədilər

ABŞ-da şagirdlər məktəbi partlatmaq istədilər

Onlar müvəqqəti olaraq təhsil müəssisəsindən uzaqlaşdırılıblar.

Nyu-Cersi ştatının polisi beş yeniyetməni saxlayıb, onlar çərşənbə günü axşamı Klifton şəhərinin 11 saylı məktəbini partlatmaq istəyiblər, ABC teleşirkəti məlumat yayıb.

ucarliyiq.biz TASS-a istinadən xəbər verir ki, onların niyyətinin üstünü müəllimlər açıblar.

Teleşirkətin məlumatına görə, müəllimlər partlayışın kağızda yazılmış planını və “partlayıcı qurğu”nun özünü aşkar ediblər. Qurğunu polisdən olan istehkamçılar nəzərdən keçiriblər və zərərsiz olduğunu bildiriblər.

Müəllimlər 10-11 yaşları olan şagirdlərin niyyətlərinin ciddi olduğunu hesab edirlər.

Məktəblilər müvəqqəti olaraq təhsil müəssisəsindən uzaqlaşdırılıblar. Onları saxlanıldıqları yerdən buraxaraq valideynlərin himayəsinə təhvil veriblər. Hələlik rəsmi ittihamlar irəli sürülməyib.