» » Lavrov və Çavuşoğlu Belqradda görüşəcəklər

Lavrov və Çavuşoğlu Belqradda görüşəcəklər

Lavrov və Çavuşoğlu Belqradda görüşəcəklər

Görüş bu gün baş tutacaq.

Rusiyanın Xarici işlər naziri Sergey Lavrov ATƏT-in XİN şurasının çərçivəsində Belqradda Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşəcək.

ucarliyiq.biz xəbər verir ki, bu barədə Rusiya heyətindən olan mənbə bildirib.

“Türkiyə tərəfinin çoxsaylı xahişlərindən sonra Sergey Lavrov dekabr ayının 3-də ATƏT-in XİN şurası çərçivəsində Belqradda Türkiyənin XİN rəhbəri ilə görüşməyə razılıq verib”, agentliyin mənbəsi bildirib.

Qeyd edək ki, Rusiya və Türkiyə münasibətləri noyabrın 24-dən - Türkiyə qırıcısı Rusiyanın Su-24 təyyarəsini vurduqdan sonra böhran vəziyyətindədir.

Rusiya prezidenti Vladimir Putin bunu “terrorçuların vasitəçilərinin arxadan vurduğu zərbə” adlandırıb. Ankara Su-24-ün onun hava məkanını pozduğunu iddia edir. RF-nin Baş qərargahı təyyarənin Türkiyə sərhəddini keçmədiyini bəyan edir, bunu Suriyanın Hava əleyhinə müdafiə sisteminin məlumatları da təsdiqləyir.