» » Putin: Allah Türkiyə hakimiyyətini cəzalandırmaq qərarına gəlib – VİDEO

Putin: Allah Türkiyə hakimiyyətini cəzalandırmaq qərarına gəlib – VİDEO

Putin: Allah Türkiyə hakimiyyətini cəzalandırmaq qərarına gəlib – VİDEO

“Mən başa düşmürəm ki, onlar bunu nə üçün etdilər”.

Rusiya prezidenti Vladimir Putin hesab edir ki, Allah Türkiyə rəhbərliyinin ağlını əlindən alaraq, onları cəzalandırmaq qərarına gəlib.

ucarliyiq.biz xəbər verir ki, Rusiya dövlətinin başçısı bu barədə dekabrın 3-də Federal Məclisə müraciəti zamanı bildirib.

O, Su-24 bombardmançısının vurulması və Türkiyənin hadisəyə göstərdiyi reaksiyanı belə şərh edib.

“Mən başa düşmürəm ki, onlar bunu nə üçün ediblər. İstənilən problemləri ənənvi yolla həll etmək mümkündür. Biz ən həssas məsələlər üzrə danışmağa hazır idik”, - deyə, o, bəyan edib.

Onun sözlərinə görə, türklərin nə üçün belə etdiklərini yalnız Allah bilir.

“Görünür Allah Türkiyə rəhbərliyinin ağlını əlindən almaqla, onları cəzalandırmaq qərarına gəlib”, - deyə, Putin bildirib və bir daha vurğulayıb ki, “Türkiyə hələ çox peşmançılıq çəkəcək”.