» » Putin: Türkiyə xalqı mehriban xalqdır

Putin: Türkiyə xalqı mehriban xalqdır

Putin: Türkiyə xalqı mehriban xalqdır

“Türkiyədə yaraqlılar gizlənirdi”.

Rusiya prezidenti Vladimir Putin Türkiyədə kimin öz cibini doldurduğunu hamının bildiyini bəyan edib.

ucarliyiq.biz “Gazeta.ru”ya istinadən xəbər verir ki, bu barədə dövlət başçısı cümə axşamı - dekabrın 3-də Federal Şuraya müraciət zamanı bəyan edib.

“Suriyada qarət edilmiş neftdən əldə edilən gəlirlərlə kimin öz cibini doldurduğunu bilirik. Biz 90-cı və 2000-ci illərdə Şimali Qafqazda döyüşən yaraqlıların Türkiyədə gizləndiyini unutmamışıq.

Türk xalqı mehriban, əməksevər və istedadlıdır. Türkiyədə çoxsaylı etibarlı dostlarımız var. Biz onları və ölkə hakimiyyətini bir tutmuruq.

Mən ümumiyyətlə, bunu niyə etdiklərini başa düşə bilmirəm. İstənilən məsələləri başqa yollarla həll etmək olardı. Biz Türkiyə ilə istənilən həssas məsələ üzrə əməkdaşlıq etməyə hazır idik”, - Putin bəyan edib.