» » Özgəcan Aslanın qatillərinə hökm oxundu

Özgəcan Aslanın qatillərinə hökm oxundu

Özgəcan Aslanın qatillərinə hökm oxundu

“Ümid edirəm ki, Özgəcanın ruhu bir qədər sakitlik tapar”.

Özgəcan Aslanın qətli ilə əlaqədar həbs edilən Əhməd Sübhi Altındökən, atası Nəcməddin Altındökən, dostu Fatih Gökçe məhkəmə qarşısına çıxıblar.

ucarliyiq.biz Türkiyə mətbuatına istinadən xəbər verir ki, onlara ağırlaşdırılmış şərtlər ilə ömürlük həbs cəzası verilib.

Özgəcan Aslanın əmisi Yaşasın Aslan:

“Bu, Türkiyədə ən ağır cəzadır, amma bəzi cinayətkarlar üçün bu, yetərli deyil. Bu gün - dekabrın 3-də Özgəcanın ana və atasının evləndiyi gündür, onu itirdiyimizin isə 295-ci günüdür. Ümid edirəm ki, ədalət məhkəməsinin qərarından sonra Özgəcanın ruhu bir qədər sakitlik tapar”.

Özgəcanı qətlə yetirən Fatih Gökçe və Əhməd Sübhi Altındökənə qarşı verilən qərarın apellyasiya şikayəti olmayacağı da qeyd edilib.