» » Ərdoğan Rusiyanı İŞİD-dən neft almaqda ittiham etdi

Ərdoğan Rusiyanı İŞİD-dən neft almaqda ittiham etdi

Ərdoğan Rusiyanı İŞİD-dən neft almaqda ittiham etdi

“Bizim sübutlarımız var”.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanın ünvanına onun “İslam Dövləti” (İŞİD)-dən neft almasına dair cavab ittihamları ilə çıxış edib, İnterfaks Avropa KİV-nə istinadən məlumat yayıb.

“Bizim sübutlarımız var. Biz onları dünyaya göstərəcəyik”, - Ərdoğan Ankarada çıxış edərkən bəyan edib.

Ərdoğanın sözlərinə görə, alıcılardan biri Rusiya pasportu olan Corc Hasvanidir.

Qeyd edək ki, Rusiya daha öncə Türkiyəni və şəxsən Ərdoğanı İŞİD terrorçularından neft almaqda ittiham etmişdi. Prezidentin özü bunu böhtan adlandırmışdı.