» » Obama Kaliforniyadakı atışmanı terror adlandırdı - VİDEO

Obama Kaliforniyadakı atışmanı terror adlandırdı - VİDEO

Obama Kaliforniyadakı atışmanı terror adlandırdı - VİDEO

“Lakin ola bilər ki, bu sadəcə iş münaqişəsidir”.

ABŞ prezidenti Barak Obama dekabrın 2-də Kaliforniyanın San-Bernardino şəhərində baş verən atışmanı terror aktı ola biləcəyəni istisna etməyib, ucarliyiq.biz Reuters-ə istinadən xəbər verir.

Ağ Ev başçısı bəyan edib ki, cinayətkarların motivləri hələlik məlum deyil, lakin hadisənin terror aktı olması istisna edilmir.

“Ola bilsin ki, bu sadəcə iş münaqişəsidir”, - Obama əlavə edib.

Xatırladaq ki, San-Bernardinoda atışma dekabrın 2-də yerli vaxtla saat 11:00-da baş verib. Cinayətkarlar məhdud imkanlı insanlara yardım mərkəzinə hücum edərək atəş açıblar. 
Son məlumata görə, hadisə nəticəsində 14 nəfər ölüb, 17 nəfər yaralanıb.