» » Rusiyada azərbaycanlı kafesini “Antalya”dan “Natalya” etdi - FOTO

Rusiyada azərbaycanlı kafesini “Antalya”dan “Natalya” etdi - FOTO

Rusiyada azərbaycanlı kafesini “Antalya”dan “Natalya” etdi - FOTO

“Belə həm mənə, həm də bura gələn qonaqlara rahat olacaq”.

Türkiyə ilə münasibətlərin gərginləşməsindən sonra Rusiyanın Sankt-Peterburq şəhərindəki kafenin sahibi öz müəssisəsinin adında iki hərfin yerini dəyişib.

ucarliyiq.biz metronews.ru-ya istinadən xəbər verir ki, Leninsk prospektində yerləşən “Antalya” kafesi iki ay bundan əvvəl açılıb.

“Milliyətcə mən azərbaycanlıyan, mətbəximiz də əsasən Qafqaz mətbəxidir, - kafenin sahibi Vitaliy Cavadov deyir. - Bu yay mən arvadım Svetlana ilə Türkiyəyə istirahətə getmişdik, çox xoşumuza gəldi. Rusiyalılar son vaxtlara qədər Türkiyə kurortlarını bəyənirdilər, və bu səbəbdən kafeyə “Antalya” adını verməyi qərara aldıq. Biz elə düşünürdük ki, bu ad qonaqlarda isti xatirələrə səbəb olacaq”.

Cavadovlar ailəsi kafeni bu ilin oktyabr ayında açıb. 10 gün əvvəl isə Türkiyə hərbçiləri tərəfindən Rusiyanın Su-24 təyyarəsi vurulub.

“Bizə heç kim zəng vurmayıb, və kafenin adının dəyişdirilməsi barədə heç bir göstəriş almamışıq, - Vitaliy qeyd edib.  - Mən özüm “A” və “N” hərflərinin yerini dəyişdim. Beş dəqiqəlik iş, və sözün mənası əsaslı dəyişdi. Belə həm mənə, həm də bura gələn qonaqlara rahat olacaq”.