» » Taliblərin rəhbəri Molla Mansur öldü

Taliblərin rəhbəri Molla Mansur öldü

Taliblərin rəhbəri Molla Mansur öldü

O, ağır yaralanmışdı.

Əfqanıstanda radikal “Taliban” hərəkatının yeni lideri Molla Mansur çərşənbə günü atışma zamanı aldığı yaralardan ölüb, Sinxua agentliyi bu barədə yerli hakimiyyətə istinadən məlumat yayıb.  

ucarliyiq.biz xəbər verir ki, daha öncə də hərəkatda olan mənbələr Molla Mansurun yaralanması barədə məlumatı təsdiqləyiblər.

Bununla yanaşı, atışmanın Pakistanın Kvetta şəhərində taliblərin səhra komandiri və Amerikanın Quantanamo həbsxanasının məhkumu Abdulla Sərhədinin evində baş verdiyi bildirilmişdi.

“Mansur digər səhra komandiri ilə çərşənbə günü atışmada ağır yaralanmışdı”, - agentlik əfqan hakimiyyətindəki mənbənin sözlərindən sitat gətirib.

Daha öncə iyulun sonunda “Taliban” rəsmi olaraq qruplaşmanın lideri Molla Ömərin öldüyünü təsdiqləmişdi. Onun yerinə isə yetirməsi Əhtar Məhəmməd Mansur təyin edilmişdi. Bəzi talib komandirlərinin yeni lideri tanımaqdan imtina etdikləri də bildirilmişdi.