» » Fransa Senatı ermənilərə “yox” dedi

Fransa Senatı ermənilərə “yox” dedi

Fransa Senatı ermənilərə “yox” dedi

“Erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyəti olmayacaq.

Fransa Senatı "erməni soyqırımı"nın inkarına görə, cinayət məsuliyyətini nəzərdə tutan qanun layihəsini qəbul etməyib, ucarliyiq.biz “Haberler”-ə istinadən xəbər verir.

Millətvəkili  Valerie Boyerin irəli sürdüyü bu layihədə "erməni soyqırımını" inkar edənlərin 5 il müddətinə azadlıqdan məhrum edilməsi və ya 45 min avro cərimələnməsi nəzərdə tutulub.  Senat layihəni alt komissiyasına göndərib.

Bu cəzanın tətbiqi ilə bağlı layihə Fransanın Konstitusiya Komissiyası və Avropa İnsan Hüquqları Məhkəməsi tərəfindən də qəbul edilməyib.
Xəbərdə bildirilib ki, tarixi hadisənin "soyqırımı" olaraq qətiləşdirilməsi beynəlxalq məhkəmənin qərarı əsasında məqbul sayıla bilər.