» » Vyanada OPEK-in görüşü keçirilir

Vyanada OPEK-in görüşü keçirilir

Vyanada OPEK-in görüşü keçirilir

Cari ildə kotirovkalar 67 dollardan yuxarı qalxmayıb.

Bu gün Vyanada OPEK-in növbəti 168-ci görüşü keçirilir.  

ucarliyiq.biz xəbər verir ki, analitiklərin əksəriyyəti təşkilatın neft hasilatının kvotasını bazarda ucuz qiymətlərə və xammalın çox olmasına baxmayaraq yenə də azaltmayacağını hesab edir.

Kvota gün ərzində 30 milyon barel həddindədir, təşkilat onu müntəzəm olaraq artırır.

2014-cü ilin yayının əvvəlindən 2015-ci ilin əvvəlinə qədər neftin qiyməti Brent markası üçün iki dəfədən çox 115 dollardan 48 dollara qədər azalıb.

Keçən il qiymətlərin ucuzlaşması OPEK ölkələrinin hasilat kvotasını saxlamaq barədə noyabr qərarını gücləndirdi. Cari ildə kotirovkalar 67 dollardan yuxarı qalxmayıb, orta hesabla isə 55 dollara yaxın olub.