» » Gürcüstan Rusiya, Azərbaycan, Ermənistan və Türkiyəyə vahid enerji şəbəkəsi yaratmağı təklif etdi

Gürcüstan Rusiya, Azərbaycan, Ermənistan və Türkiyəyə vahid enerji şəbəkəsi yaratmağı təklif etdi

Gürcüstan Rusiya, Azərbaycan, Ermənistan və Türkiyəyə vahid enerji şəbəkəsi yaratmağı təklif etdi

“Beynəlxalq ictimaiyyətin diqqəti Xəzərin enerji daşıyıcılarına yönəlib”.

Gürcüstanın baş nazirinin müavini, energetika naziri Kaxaber Kaladze Enerji Xartiyasının Tbilisidə keçirilən forumunda ölkəsinin Rusiya, Azərbaycan, Ermənistan və Türkiyənin iştirakı ilə vahid regional enerji şəbəkəsinin yaradılmasının tərəfdarı olduğunu bildirib.

ucarliyiq.biz “Vzqlyad” qəzetinə istinadən xəbər verir ki, o, SSRİ-nin süqutundan sonra Cənubi Qafqaz dövlətlərinin “iqtisadi və sosial sektorun tənəzzülünü, siyasi münaqişələr, vətəndaş qarşıdurmaları, blokadalar yaşadığını”, bunun isə energetika da daxil olmaqla bütün sahələrə neqativ təsir etdiyini qeyd edib.

Kaxaber Kaladze bununla əlaqədar qeyd edib ki, indi beynəlxalq ictimaiyyətin diqqəti Xəzərin enerji daşıyıcılarına və onların Avropaya tədarükü planında bütün regiona yönəlib.

Onun sözlərinə görə, vacib layihələr arasında Gürcüstan və Türkiyə arasında 700 meqavatt həcmində elektrik enerjisi mübadiləsinin yaradılmasıdır.

“Məntiqi davam isə Rusiya, Azərbaycan, Ermənistan və Türkiyə ilə vahid enerji şəbəkəsinin yaradılmasıdır, bu, vahid regional energetik bazarın yaradılmasına imkan verəcək”, - o hesab edir.

“Bu gün üçün Gürcüstan onu Azərbaycan ilə birləşdirən LEP-500-ün inşaatını başa çatdırıb. Gürcüstan və Rusiya arasında LEP-500 bərpa edilib və tezliklə Ermənistan ilə LEP-500-ün istismara verilməsi planlaşdırılıb”, - o bildirib.

“Cari və gələcək layihələri nəzərə alaraq, Cənubi Qafqaz dövlətlərinin enerji sistemlərini birləşdirmək mümkün olur, Gürcüstan isə elektrik enerjisinin mübadiləsini və ticarətinin artımını təmin edərək energetik körpüyə çevriləcək”, - o bəyan edib.