» » Peterburqda polis maşınına avtomatdan atəş açdılar – VİDEO

Peterburqda polis maşınına avtomatdan atəş açdılar – VİDEO

Peterburqda polis maşınına avtomatdan atəş açdılar – VİDEO

İki DİN əməkdaşı ölüb, biri yaralıdır.

Cümə günü - dekabrın 4-də Sankt-Peterburqun şimali-şərqində naməlum şəxslər avtomatik silahdan polis maşınına atəş açıblar. Ölən var.

ucarliyiq.biz xəbər verir ki, TASS-a bu barədə şəhər hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.

“Saat 11 radələrində iki naməlum şəxs avtomat silahına bənzəyən əşyalardan Murinsk yolunda polis UAZ-ına atəş açıblar. İlkin məlumata əsasən, iki polis əməkdaşı ölüb, biri isə yaralanıb”, - agentliyə danışıblar.  

Rusiyanın İstintaq Komissiyasının Leninqrad vilayəti üzrə istintaq idarəsində agentliyə hücum faktını təsdiqləyiblər, amma qurbanlar haqqında məlumatlarının olmadığını əlavə ediblər. Hadisə yerinə istintaq qrupu yola düşüb.

LifeNews telekanalı məlumat yayıb ki, hücum Murinsk yolunda 82-ci evin yanında baş verib. İlkin məlumata görə, inkasasiya avtomobilini müşayiət edən xüsusi təyinatlı dəstənin maşınına atəş açılıb.