» » Gürcüstan Azərbaycanın xeyrinə Rusiya qazından imtina edəcək

Gürcüstan Azərbaycanın xeyrinə Rusiya qazından imtina edəcək

Gürcüstan Azərbaycanın xeyrinə Rusiya qazından imtina edəcək

Şah-Dəniz layihəsinin inşası vaxtından öncə başa çatarsa.

Əgər Türkiyə və Azərbaycan Şah-Dəniz yatağından boru kəmərinin inşasının sürətini artırsalar Gürcüstan Rusiya qazını almalı olmayacaq.

ucarliyiq.biz “Qruziya Online”a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın energetika naziri Kaxaber Kaladze bu gün Energetik Xartiyanın konfransında bəyan edib.

Onun sözlərinə görə, əgər Gürcüstana 2018-ci ilə qədər əlavə qaz həcmi lazım olarsa, o zaman ölkə bu əlavə həcmi “Qazprom”dan alacaq.  

“Əgər 2018-ci ildə biz əlavə qaz həcmi əldə edə bilsək, o zaman həmin ildə “Qazprom”dan əlavə qaz həcmi almalı olmayacağıq. Amma tranzit üçün aldığımız 10%-i mütləq alacağıq. Amma əgər 2018-ci ildə təbii qaz almaq lazım gələrsə bunu mütləq edəcəyik”, - Kaladze bəyan edib.