» » ATƏT Rusiyanın terrorizmlə bağlı təklifini qəbul etdi

ATƏT Rusiyanın terrorizmlə bağlı təklifini qəbul etdi

ATƏT Rusiyanın terrorizmlə bağlı təklifini qəbul etdi

“Hər şeyi bir kənara qoymaq lazımdır”.

ATƏT ölkələrinin xarici işlər nazirləri beynəlxalq terrorizm ilə bağlı yekun deklarasiyanı qəbul etdilər, RİA “Novosti” məlumat yayıb.

ucarliyiq.biz xəbər verir ki, Belqradda nazirlərin konfransında iştirak edən ATƏT-də Rusiyanın daimi nümayəndəsi Aleksandr Lukaşeviçin sözlərinə görə, bir neçə sənəd təşkilatın qarşısında konkret məsələlər qoyur.

Onun sözlərinə görə, onların arasında Rusiyanın təşəbbüskarı olduğu terrorizmə qarşı deklarasiya da yer alır.

O əlavə edib ki, iclasda müzakirə zamanı terrorizm ilə mübarizəyə aid olmayan hər şeyin bir kənara qoyulmasının vacibliyi vurğulanıb.

Daha öncə Almaniyanın ATƏT-in XİN Şurasının iclasını 2016-cı ildə Hamburqda keçirmək istədiyi barədə məlumat yayılmışdı.