» » Rusiyada deputatı öldürdülər

Rusiyada deputatı öldürdülər

Rusiyada deputatı öldürdülər

Onu öz evində güllələyiblər.

Kabardino-Balkariya parlamentinin deputatı və respublika Kliniki xəstəxanasının baş həkimi olan Xadis Bottarev şənbə günü - dekabrın 5-də öldürülüb.

ucarliyiq.biz xəbər verir ki, bu barədə “İnterfaks”a respublikanın hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.

“Kabardino-Balkariya respublikasının parlamentinin deputatı, respublika kliniki xəstəxanasının baş həkimi cərrah Bottarevi öz evində güllələyərək qətlə yetiriblər”, - o deyib.

Agentliyə verilən məlumata görə, Rusiyanın İstintaq komitəsinin regional istintaq idarəsində qətl faktı üzrə cinayət işi açılıb.

İstintaqın versiyasına görə, qətl şənbə günü saat 8.45-də Nalçik şəhərində Xasanya kəndinin Çeqemski küçəsində yerləşən evdə baş verib.

“Zərərçəkən baş nahiyəsindən aldığı yaralardan hadisə yerində keçinib”, - məlumatda deyilir.

İstintaq hadisənin təfərrüatlarını aydınlaşdırmağa və şübhəlilərin axtarışına başlayıb.