» » İŞİD ABŞ-da baş verən kütləvi qətlə görə məsuliyyəti üzərinə götürüb - FOTO

İŞİD ABŞ-da baş verən kütləvi qətlə görə məsuliyyəti üzərinə götürüb - FOTO

İŞİD ABŞ-da baş verən kütləvi qətlə görə məsuliyyəti üzərinə götürüb - FOTO

Taşfin Malik hücumdan əvvəl “facebook” şəbəkəsində status paylaşıb.

İŞİD terror qruplaşması Kaliforniya ştatının San-Bernardino şəhərindəki kütləvi qətlə görə məsuliyyəti öz üzərinə götürüb.

ucarliyiq.biz Lenta-ya istinadən xəbər verir ki, terror təşkilatının iki davamçısı bir neçə gün əvvəl San-Bernardino şəhərindəki mərkəzə hücum edib.

Onlardan biri Seyid Rizvan Faruk azı iki terror təşkilatı, o cümlədən “Əl-Qaidə” və “Cəbhat ən-Nusra” ilə əlaqədə olub. Həmçinin onunla birgə hücumda iştirak etmiş həyat yoldaşı Taşfin Malik hücumdan əvvəl “facebook” sosial şəbəkəsində İŞİD lideri Abu-Bəkr əl-Bağdadiyə sədaqət andı içdiyini əks etdirən status paylaşıb.

Xatırladaq ki, atışma dekabrın 2-də baş verib. Cinayətkarlar şəhərdəki sosial təminat mərkəzinin konfrans zalına daxil olaraq orada olanlara atəş açıblar. Nəticədə 14 nəfər ölüb, daha 21 nəfər yaralanıb. Atəş açan şəxslər zərərsizləşdirilib.

İŞİD ABŞ-da baş verən kütləvi qətlə görə məsuliyyəti üzərinə götürüb - FOTO

İŞİD ABŞ-da baş verən kütləvi qətlə görə məsuliyyəti üzərinə götürüb - FOTO