» » “Günəşli”dən təxliyyə edilən neftçilərdən – SON XƏBƏR

“Günəşli”dən təxliyyə edilən neftçilərdən – SON XƏBƏR

“Günəşli”dən təxliyyə edilən neftçilərdən – SON XƏBƏR

Baş həkim açıqlama verdi.

“Günəşli” yatağının yanğın baş vermiş 10-cu Dərin Dəniz Özülündən təxliyyə edilmiş neftçilərin bir qismi Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib.

ucarliyiq.biz xəbər verir ki, bu barədə APA-ya xəstəxananın baş həkimi Həbib Yüzbaşıyev məlumat verib.

Baş həkimin sözlərinə görə, artıq 20 nəfər xəstəxanaya yerləşdirilib.

“Onların vəziyyəti stabildir və daim nəzarət altındadır”, - deyə baş həkim bildirib.

Qeyd edək ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Günəşli” yatağında yanğın baş verib. Məlumata görə, yanğın baş verən özüldən 32 nəfər xilas edilib, bir nəfər isə həlak olub. Digər şəxslərlə bağlı axtarış-xilasetmə işləri davam etdirilir.

Reuters agentliyi isə hadisə nəticəsində 32 nəfərin həlak olması barədə xəbər yayıb.